Böyrəklər lobya formasında olan iki kiçik orqandır. Bədəninizin hər iki tərəfində yerləşir və hər biri yumruq böyüklüyündədir.
Qlobal.net bildirir ki, böyrəklərin qanınızdakı suyu, turşuları və tullantıları təmizləmək kimi vacib funksiyaları var. Bu tullantıları sidik vasitəsilə bədəndən xaric edirlər. Adətən böyrək ağrısı belin sol və ya sağ tərəfində, qabırğaların altında hiss olunur. Ağrı qarın və qasıq nahiyəsinə də yayıla bilər.
Böyrək ağrısı tez-tez bel ağrısı ilə qarışdırıla bilər. Ancaq bu iki ağrının hiss olunma şəkli fərqlidir. Böyrək ağrısı adətən künt və davamlı ağrı kimi hiss olunur və həmin nahiyəyə azacıq təzyiq etdikdə daha da şiddətlənir. Ağrı bir tərəfdə daha çox hiss olunsa da, bəzi xəstəliklər hər iki böyrəyə təsir edib iki tərəfli ağrıya səbəb ola bilər.
Böyrək ağrısı adətən beldə, qabırğaların altında, onurğanın hər iki tərəfində hiss olunur. Lakin bu nahiyədəki ağrılar hər zaman böyrək problemi ilə bağlı olmaya bilər. Böyrək ağrısının əsas səbəbləri arasında:
Böyrək daşları
Böyrək infeksiyası
Travma (zədə)
Böyrək xərçəngi
Belin hər iki tərəfində, ya da cinsiyyət orqanları ətrafında ağrı və narahatlıq
Yüksək hərarət
Üşütmə və titrətmə
Gücsüzlük və yorğunluq hissi
İştahsızlıq
Ürəkbulanma
İshal
Bəzi hallarda, məsələn, sistit kimi sidik yolları infeksiyalarında bu əlavə əlamətlər də görülə bilər:
Sidik edərkən yanma və ya ağrı
Ani və tez-tez sidiyə çıxma ehtiyacı
Sidikdə qan
Bulanıq və pis qoxulu sidik
Aşağı qarın ağrısı
Cinsiyyət orqanlarında ağrı
Belin aşağı hissəsində olan künt və ya kəskin ağrı, çox zaman əzələ dartılması, siyatik sinir problemi və ya onurğa ilə bağlı digər narahatlıqlardan qaynaqlanır. Böyrək ağrısı isə adətən belin yuxarı hissəsində və nadir hallarda aşağı hissədə hiss olunur.
Böyrək daşları
İnfeksiyalar və iltihablanmalar
Sidik yolları infeksiyaları
Böyrəyin böyüməsi
Su azlığı (dehidratasiya)
Polikistik böyrək xəstəliyi
Böyrək kistləri
Böyrək xərçəngi
Bu əlamətlər varsa, həkimə müraciət etmək vacibdir:
Yüksək hərarət və titrətmə
Bədən ağrıları və yorğunluq
Sidik edərkən ağrı
Sidikdə qan
Sidikdə bulanıqlıq və rəng dəyişikliyi
Ürəkbulanma və qusma
Yaxın zamanda sidik yolları infeksiyası keçirmək
Soyuqdəymə zamanı bədənin yanlarında ağrılar ola bilər, lakin bunların çox az hissəsi böyrəklərlə əlaqəlidir.
Ağrının səbəbi müəyyən edildikdən sonra həkim ən uyğun müalicə üsulunu təyin edəcək. Müalicə səbəbə əsasən dəyişə bilər:
İnfeksiya varsa antibiotik təyin edilir
Daş varsa daş salmağa yönəlmiş dərmanlar verilə bilər
Böyük və çoxlu daşlar üçün cərrahi müdaxilə lazım ola bilər
Ağrını yüngülləşdirmək üçün müvəqqəti üsullar:
Bel və qarın bölgəsinə isti kompres tətbiq etmək
Bol su içmək (sidik yollarındakı bakteriyaları təmizləməyə kömək edir)
Alkoqol və kofeinli içkilərdən uzaq durmaq
Hər hansı dərman qəbul etmədən öncə həkimlə məsləhətləşmək
Bol su içmək
Ağrıkəsici qəbul etmək (həkim tövsiyəsi ilə)
İsti kompres tətbiq etmək (məsələn, isti su torbası və ya ilıq dəsmal)
Maydanoz suyu, kərəviz suyu və qarahindiba kimi bitki mənşəli içkilər
Probiyotiklər qəbul etmək
Bədəndə su çatışmazlığı (dehidratasiya) bəzən böyrək ağrısına səbəb ola bilər. Şiddətli susuzluq böyrək zədələnməsi riskini artırır.
Bəli. Böyrək infeksiyaları çox zaman sidik kisəsindən böyrəklərə keçən sidik yolu infeksiyası səbəbindən yaranır. Bu halda aşağıdakı əlamətlər müşahidə oluna bilər:
Bel ağrısı
Hərarət
Sidik zamanı ağrı
Bulanıq sidik
Ümumi yorğunluq
Murad
Qlobal.net