Boy insanın genetik və ətraf mühit faktorlarının təsiri altında formalaşan bir xüsusiyyətdir. Genetik faktorlar əsas rol oynasa da, düzgün qidalanma və sağlam həyat tərzi boy artımına müsbət təsir edə bilər. Xüsusilə böyümə dövründə qəbul edilən vitamin və minerallarla zəngin qidalar sümük inkişafını dəstəkləyir, hormonal balansı qoruyur və ümumi sağlamlığı yaxşılaşdırır.
Qlobal.net boy artımına kömək edə bilən əsas qidaları təqdim edir.
Süd, pendir, qatıq və kəsmik kalsium və D vitamini baxımından olduqca zəngindir. Kalsium sümüklərin möhkəmlənməsində və uzanmasında əsas rol oynayır. D vitamini isə kalsiumun sorulmasına kömək edir.
Nə üçün vacibdir?
Yumurta, protein, D vitamini və riboflavin (B2 vitamini) mənbəyidir. Bu qidalar sümük və əzələ inkişafını dəstəkləyərək boy artımını stimullaşdıra bilər.
Nə üçün vacibdir?
Xüsusilə somon və tuna balığı omega-3 yağ turşuları, D vitamini və yüksək keyfiyyətli protein ehtiva edir. Omega-3 yağ turşuları sümük sağlamlığını qoruyur və inkişafı dəstəkləyir.
Nə üçün vacibdir?
Badam, qoz, çia toxumu, kətan toxumu və balqabaq toxumu boy artımını təşviq edən maqnezium, sink və sağlam yağlarla zəngindir.
Nə üçün vacibdir?
C vitamini ilə zəngin portağal, kivi, çiyələk və papaya sümük sağlamlığını dəstəkləyir. Havuç, ispanaq və brokoli isə A vitamini və dəmir ehtiva edərək böyüməni artırır.
Nə üçün vacibdir?
Noxud, mərcimək, qara lobya və kinoa protein, dəmir və lif mənbəyidir. Bunlar sümük sağlamlığına və boy artımına müsbət təsir edir.
Nə üçün vacibdir?
Heyvani protein mənbələri olan toyuq və qırmızı ət əzələ kütləsinin artırılmasında və sümüklərin möhkəmlənməsində mühüm rol oynayır.
Nə üçün vacibdir?
Yetərli yuxu: Boy hormonları əsasən gecə yuxusu zamanı ifraz olunur.
Daimi fiziki aktivlik: Basketbol, üzgüçülük və ip atlama boy artımına kömək edə bilər.
Stressdən uzaq durmaq: Stress hormonu olan kortizol sümük inkişafına mənfi təsir göstərə bilər.
Düzgün duruş: Dik dayanmaq və onurğanı düzgün formada saxlamaq daha uzun görünməyə kömək edir.
Boy artımında genetika əsas rol oynasa da, düzgün qidalanma və sağlam həyat tərzi də əhəmiyyətlidir. Qidalanmaya süd məhsulları, yumurta, balıq, paxlalılar, tərəvəzlər və qoz-fındıq əlavə etməklə boy artımına kömək edə bilərsiniz. Bundan əlavə, aktiv həyat tərzi və yaxşı yuxu vərdişləri inkişaf edərək maksimum potensial boyunuza çatmaq mümkündür.
Daha uzun və sağlam həyat üçün balanslı qidalanmanı unutmayın!
Fidan
Qlobal.net