Müğənni Mehriban ikinci dəfə ərə getməyə hazırlaşır.
Qlobal.net Titul.az-a istinadən xəbər verir ki, bunu Tarix Əliyevin (Tolik) verilişində qonaq olan aşıq Mübariz bildirib.
Eyni verilişdə qonaq qismində iştirak edən Mehriban Mübarizin sözünü təsdiqləyib. O, bir iş adamı ilə ailə qurmağa hazırlaşdığını sözlərinə əlavə edib.
Bunu eşidən Tolik təəccübünü "Zarafat edirsən?", - deyərək bildirib.
Qeyd edək ki, bu, Mehribanın ikinci ailə həyatıdır. İfaçı açıqlamalarının birində ilk həyat yoldaşının narkotik aludəçisi olduğundan onunla münasibətlərə son qoymaq məcburiyyətində qaldığını bildirmişdi.
Açıqlama daha ətraflı videoda: