Cəmiyyət

Borcunun əvəzinə arvadını təklif etdi – Bakıda yeznə qayını niyə qətlə yetirdi?

İndi söz açacağımız cinayət işinin ən dəhşətli etirafları istintaqla paralel məhkəmə prosesində açılır… Bir şəxs xalaoğlusu və qaynı olan adamı öldürür… Məhkəmədə isə deyir ki, o, mənə olan borcu müqabilində arvadını təklif etdi… Mən də əsəbiləşib öldürdüm… Mərhumun məhkəmədə iştirak edən həyat yoldaşı isə deyir ki, xeyr, qatil özü mənə aylardır zəng edir, məndən xoşu gəldiyini deyirdi, mən də bunu qorxumdan ərimə deyə bilmirdim… Bəs, bu qətl hansı səbəbdən, niyə baş vermişdi?

Həmin gün Zamin ailəsi ilə toya getməli idi. “Azərişıq”da işləyirdi. Günortadan sonra onun telefonuna zəng çatmır. Bir neçə saat əzizləri narahat olmur. Çünki belə hallar hamının başına gələ bilər. Bəlkə telefonunun enerjisi bitib, bəlkə vacib işi var, söndürüb, bəlkə telefonunu itirib… Amma axşam, olur, Zamindən səs çıxmır. Artıq gecə saatlarında evə gəlmədikdə ətrafı narahat olmağa başlayır. Bu hadisə 2017-ci ilin 12 avqustunda baş verir…
Artıq Zaminin başında bir bəla olduğunu düşünən əzizləri tədbir görməyi planlayır. Xalasıoğlu, eyni zamaanda qaynı Teymur Cəbiyev təklif edir ki, bu barədə polisə məlumat versinlər. Beləliklə itkin düşən Zaminin anası Sabunçu rayonu 14-cü polis bölməsinə müraciət edir. Axtarış başlayır, günlər keçir, lakin Zamini gördüm deyən olmur. Qohumların Bilgəhə toplaşıb Zaminlə bağlı düşündüyü, məsləhətləşdiyi bir zamanda yenə də onun xalasıoğlu və yeznəsi olan Teymur Cəbiyev deyir ki, bəlkə Zamin dənizdə batıb… Yaxşısı budur, mən gedim, bir az dəniz kənarında axtarış edim, görüm bəlkə paltarları, əşyaları oradır…

Əzizləri bu ehtimala inanmasa da, hadisədən 14 gün sonra itkin düşmüş Zaminin xalasıoğlu, eyni zmaanda yeznəsi Teymur Cəbiyev hər ehtimala deyib Xəzərin sahilinə çıxır. Onun evdən çıxmasında bir müddət sonra Zaminin anasına zəng gəlir. Zəng edən Teymur idi. O, deyirdi ki, Zaminin telefonunu dənizin kənarından tapıb, lakin başqa heş bir əşyası orda deyil… Beləliklə itkin sayılan Zaminin anası və polis işçiləri Xəzərin sahilinə, Teymurun işarə verdiyi yerə gedir. Ordan telefonu götürürlər və bu barədə Teymur da izahat verir… Lakin polis Teymurun telefonu tapma ehtimalından və özünüaparmasından şübhələnməyə başlayır… Növbəti gün, yəni avqustun 25-də Teymur Bakı Şəhər Baş polis idarəsinə aparılır… Bir növ Teymur özü-özünü ifşa edir. Heç kəsin ondan şübhələnmədiyi bir məqamda özünü mərkəzə atır və istintaqın hədəfinə çevrilir.

Davamı videoda:

Related Articles

Leave a Reply

Back to top button