24.09.2021
12:34
261

Borcunu ödəməyən şəxsin həbs edilməsi qanunidirmi?

Loading...

Şəxsə qarşı borcunu ödəmədiyinə görə bəzən məhkəmələr həbs, yaxud azadlıqdan məhrum etmə tətbiq edirlər. Lakin bu qanunsuzdur.

Belə ki, əvvəla borcun ödənilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalıdır və yalnız bu qətnamənin qərəzli olaraq icra edilməməsinə görə şəxsə həbs, yaxud da ki, azadlıqdan məhrumetmə tətbiq edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli qərarına əsasən, şəxs borcun ödənilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməzsə, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə, yaxud inzibati həbs verilə bilər. Təkrarən yenə üzrsüz səbəbdən, qərəzli olaraq borcla bağlı qətnamə icra edilməzsə və borcu ödəmək barədə icra məmurunun tələbləri yerinə yetirilməzsə, Cinayət Məcəlləsinə əsasən azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilər.

Lakin şəxsin borcu ödəməyə maddi imkanı yoxdursa, bu üzrlü səbəbdir, qərəzli olaraq yerinə yetirməmək sayılmır. Buna görə də şəxsin azadlıqdan məhrum edilməsi qanunsuz sayılır. Məhkəmə həbs yaxud azadlıqdan məhrumetmə qərarı çıxararsa, borcun üzrsüz səbəbdən ödənilmədiyini sübut etməlidir.

Xəyalə Məmmədova

Vəkillər Kollegiyasının üzvü

Loading...