Borclunun bank hesabına həbs qoyulacaq - Prezident SƏRƏNCAMI
Azərbaycanda borclunun banklardakı hesabına və saxlancdakı əmlakına həbs qoyula biləcək.Qlobal.net xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “İcra haqqında” qanuna edilən
dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə
əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda
əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə
məlumatlarə icra məmuru “Banklar haqqında” qanuna uyğun olaraq əldə edir
və onların (olduqda) üzərinə icra sənədinin icrası üçün lazım olan
miqdarda və həcmdə həbs qoyulacaq.
Borclu hüquqi şəxsin banklarda
və digər kredit təşkilatlarında hesablarının mövcudluğu barədə
məlumatları icra məmuru vergi orqanlarından tələb edə biləcək.