Bolluca kələm yemək üçün 10 səbəb

Bolluca kələm yemək üçün 10 səbəb

Kələm turpkimilər fəsiləsinin ən iri və ən dadlı üzvlərindən biridir.

Qlobal.net bildirir ki, ağ və bənövşəyi növləri ilə əsas yeməklərdən salatlara qədər bir çox reseptdə istifadə etdiyimiz, sevənləri olduğu qədər təəssüf ki, sevməyənləri də olan tərəvəzdir. Amma bu gündən etibarən hər şey dəyişəcək. İndiyə qədər evinə kələm almayanlar belə, onun mövsümünü qaçırmadan bol-bol istifadə etmək istəyəcəklər.

Niyəmi?

Çünki kələmin bədənə təsiri o qədər möcüzəlidir ki, öyrənəndə təəccüblənməmək, “Bu qədərini də gözləmirdim” deməmək mümkünsüzdür. Hər yarpağında ayrı bir şəfa gizlənmiş kələmin faydalarına gəlin birlikdə nəzər salaq.

Buyurun, başlayaq...


Kələmin faydaları nələrdir?

Tərkibində bol miqdarda C və A vitaminləri olan kələm, həmçinin natrium, kalium, maqnezium kimi minerallarla da zəngindir. Bu səbəblə düzgün şəkildə istifadə olunduqda bədənə bir çox fayda verir. Ən çox bilinən faydaları bunlardır:

  • Güclü antioksidant xüsusiyyətləri ilə ürək və damar xəstəliklərinə tutulma riskini azaldır.

  • Bu xüsusiyyəti sayəsində pis xolesterinin azalmasına da kömək edir.

  • Tərkibindəki kalium sayəsində qan təzyiqinin tənzimlənməsinə dəstək olur. Bu, xüsusilə təzyiq problemi yaşayanlar üçün vacibdir.

  • Orqanizmi zərərli maddələrdən qoruyur, immun sistemini gücləndirir.

  • Bağırsaqlardakı faydalı bakterilərə müsbət təsir göstərir.

  • Həzm sisteminin sağlam işləməsinə yardım edir.

  • A vitamini sayəsində göz sağlamlığını qoruyur.

  • Az kalorililiflə zəngin olduğu üçün arıqlamaq istəyənlərə kömək edir.

  • Suyu içildikdə sellülit və digər dəri problemlərinə qarşı faydalıdır.

  • Kalium, kalsium və maqnezium tərkibi ilə sümük sağlamlığına da dəstək verir.


Kələm necə istifadə olunmalıdır?

Kələmin faydalarını öyrəndikdən sonra onu daha çox istifadə etmək istəyə bilərsiniz. Ancaq faydasını tam şəkildə əldə etmək üçün onu necə istifadə etməli olduğunuzu bilmək vacibdir.

Əlbəttə ki, kələm dolmasından tutmuş kapuska yeməyinə qədər bir çox reseptdə istifadə etmək mümkündür. ([Baxın: 10 Fərqli Kələm Resepti])

Lakin, digər tərəvəzlər kimi, kələm də yüksək istilikdə bişirildikdə içindəki vitamin və minerallar azala bilər. Buna görə bir çox qidalanma mütəxəssisi kələmi çiy halda yeməyi və ya suyunu sıxaraq içməyi tövsiyə edir.

Və əlbəttə ki, kələm turşusu... Kələmdən danışıb mis kimi kələm turşusunu qeyd etməmək olmaz. Kələmi yumşalmamış şəkildə turşuya çevirib yemək bağırsaq və mədə sağlamlığı üçün faydalı probiotik təsir göstərir. Əgər evdə probiotik təsirli kələm turşusu hazırlamaq istəyirsinizsə, baxın: [Probiotik Kələm Turşusu Necə Hazırlanır?]


Kələmin zərərləri və yan təsirləri varmı?

Kələmin bir çox faydasını sadaladıq və onu necə istifadə edə biləcəyimizi danışdıq. Amma hər şeydə olduğu kimi, kələm istifadə edərkən də diqqət olunmalı məqamlar var:

  • "Onsuz da tərəvəzdir" deyib aşırı istifadə etməyin.

  • Əgər davamlı dərman istifadə edirsinizsə və ya xüsusi bir pəhriz tətbiq edirsinizsə, mütləq həkiminizə məsləhətləşin.

  • Qoitre, hipotireoz və ya tiroid disfunksiyası kimi xəstəlikləriniz varsa, yaxud kələm və oxşar tərəvəzlərə qarşı allergiyanız varsa, istifadə etməməlisiniz.

  • Aşırı istifadə edildikdə köpmə və qaz kimi yan təsirlər yarada bilər.

  • Əgər kələm suyunu içirsinizsəishal problemi yaranırsa, istifadəni dayandırmalı və əlamətlər davam edərsə həkiminizə müraciət etməlisiniz.

  • Hamiləlik və ya əmizdirmə dövründə də həkimlə məsləhətləşmədən istifadə olunmamalıdır.

Qısacası, faydalı olduğu üçün heç bir qidanı, o cümlədən kələmi də aşırı şəkildə qəbul etməyin. Ən kiçik bir sual işarəsi olsa belə, mütləq həkiminizə müraciət edin. Unutmayın, hər qida hər bədənə eyni təsiri göstərmir.

Fidan
Qlobal.net

17.04.2025 10:50
show 67