Boğaz ağrısına nə kömək edir?

Boğaz ağrısına nə kömək edir? - Faydalı qidalar...

Boğaz ağrısı ilin hər fəslində müşahidə oluna bilən və müxtəlif infeksiyalar nəticəsində yaranan bir simptomdur. Boğazda yanma, qaşınma (gıcıqlanma), udqunma çətinliyi kimi əlamətlərlə özünü büruzə verir.

Qlobal.net bildirir ki, boğaz ağrısının əsas səbəblərindən biri qripə səbəb olan viruslardır. Bununla yanaşı, bakterial infeksiya, badamcıq iltihabı, allergiyalar, reflü kimi hallar da boğaz ağrısına səbəb ola bilər. Boğaz ağrısı iki növə bölünür: viral və bakterial. Ən çox rast gəlinən səbəb virus mənşəli infeksiyalar, yəni qrip və soyuqdəymədir və bu hallar adətən özü-özünə sağalır. Əgər boğaz ağrısı ilə yanaşı qızdırma, baş ağrısı, qarın ağrısı və ya səpkilər müşahidə olunursa, bu, bakterial infeksiyaya işarə edə bilər.


Boğaz ağrısı nədən yaranır?

Boğaz ağrısı bir çox səbəbdən meydana gələ bilər. Ən yayılmış səbəb qrip və digər viruslardır. Bundan əlavə, bəzi hallarda streptokok kimi bakterial infeksiyalar da buna səbəb olur. Ətraf mühit faktorları, qastroezofageal reflü (GERD), suçiçəyi və qızılca kimi xəstəliklər, zöhrəvi xəstəliklər (gonoreya, xlamidiya), səsin həddən artıq yüklənməsi, allergiyalar və siqaret tüstüsü, quru hava kimi qıcıqlandırıcı faktorlar da boğazda ağrıya səbəb ola bilər.


Boğaz ağrısına səbəb olan amillər

  • Bakterial infeksiya – Boğaz və sinus infeksiyaları ağrıya səbəb ola bilər.

  • Badamcığın iltihabı – İnfeksiya nəticəsində badamcıqlar şişə bilər.

  • Allergiyalar – Polen, toz, ev heyvanları və kif boğazda iltihaba səbəb ola bilər.

  • Reflü (GERD) – Mədə turşusunun boğaza çıxması yanma və ağrıya səbəb ola bilər.

  • Qışqırmaq, isti içkilər, siqaret – Boğazın qıcıqlanmasına səbəb olur.

  • Ağızdan nəfəs alma – Boğazın quruması və ağrı ilə nəticələnə bilər.

  • Şişlər – Bəzən boğaz ağrısı şişlərə və ya xərçəngə də işarə edə bilər.

  • Disfaji (udqunma çətinliyi) – ALS, Parkinson, MS, demans kimi sinir sistemini zədələyən xəstəliklər səbəb ola bilər.


Boğaz ağrısı necə müalicə olunur?

Boğaz ağrısını yüngülləşdirmək üçün aşağıdakılar faydalı ola bilər:

  • Duzlu su ilə qarqara etmək

  • Bol su içmək

  • İlıq və boğazı qıcıqlandırmayan qidalar yemək

  • Siqaretdən uzaq durmaq

  • Dondurma və ya boğaz pastili istifadə etmək

  • Dincəlmək

  • Evin havasını rütubətli saxlamaq

Nane, zəncəfil, papatya, ıhlamur kimi bitki çayları da faydalıdır.


Boğaz infeksiyasını evdə necə keçirtmək olar?

Əgər boğaz şişməsi bakterial deyilsə, ev şəraitində təbii yollarla keçə bilər:

  • Sıvı qəbulunu artırmaq

  • İlıq və yumşaq qidalar yemək

  • Kofein və qazlı içkilərdən uzaq durmaq

  • Baharatlı yeməklərdən çəkinmək

  • Siqaret və tüstüdən uzaq durmaq

  • Vitamin C ilə zəngin qidalar qəbul etmək

  • Dincəlmək və otağın havasını nəmləndirmək

Həkim məsləhəti ilə parasetamol tərkibli ağrıkəsicilərdən istifadə etmək mümkündür.


Udqunma çətinliyi ilə müşayiət olunan boğaz ağrısına nə yaxşı gəlir?

Viral infeksiyalar səbəbilə yaranan bu hal adətən 5-7 gün davam edir və antibiotik tələb etməz. Əgər səbəb bakteriyalardırsa, antibiotiklə müalicə tələb oluna bilər.


Boğaz ağrısına dərhal təsir edən təbii qidalar

  • Meyan kökü (həkimlə məsləhətləşmək şərti ilə)

  • Hatmi çiçəyi

  • Kayqan karaağac (həkimlə məsləhətləşmək şərti ilə)

  • Papatya

  • Adaçayı

  • Zəncəfil


Limon və bal istifadəsi

Boğaz ağrısı ilə yanaşı öskürək və ya tıxanıqlıq varsa, bal boğazı rahatlaşdırır, limon isə bəlğəmi azaldır. Təzə zəncəfillə birgə istifadəsi daha da effektli ola bilər.


Boğaz ağrısı nə qədər davam edir?

Boğaz ağrısının müddəti səbəbindən asılıdır. Kəskin boğaz ağrısı 1 həftə davam edə bilər və özü-özünə keçə bilər. Xroniki hallar isə tibbi müdaxilə tələb edir.


Boğaz ağrısında həkimə nə vaxt müraciət etmək lazımdır?

Əgər sadəcə soyuqdəymə varsa, boğaz ağrısı bir neçə günə keçə bilər. Lakin ağrı şiddətlidirsə, qızdırma, halsızlıq və digər əlamətlər müşahidə olunursa, dərhal həkimə müraciət etmək lazımdır.

Fatimə
Qlobal.net

11.04.2025 13:00
show 127