“Bloger-jurnalist” həbs edildi

“Bloger-jurnalist” həbs edildi

Sosial mediada, yutub kanalarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloger-jurnalist adı altında pul tələb edən şəxs saxlanılıb.

Milli.Az xəbər verir ki, bir neçə şəxsin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button