64121e52f0142202303233650

Biznesmen beşulduzlu oteldə stüardessanı zorladı və...

Britaniyalı iş adamı Barbados adasındakı oteldə 20 yaşlı stüardessaya təcavüz edib və məhkəmə qarşısına çıxıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hazırda həmin şəxs ev dustaqlığındadır və yeni məhkəmə iclasını gözləyir. Qeyd olunur ki, hüquq-mühafizə orqanları onun pasportunu əlindən alıb və istintaq zamanı azadlığa buraxılması üçün 4 min dollar məbləğində girov ödənilməsini tələb ediblər.

Məlumata görə, insident Londona qayıtmazdan əvvəl “British Airways”in ekipaj üzvlərinin qaldığı beşulduzlu oteldə baş verib. Təqsirləndirilən şəxs, 40 yaşlı Daniel Conson qurbanı tanıyıb və iş yeməyi üçün aviaşirkətin heyətinə qatılıb. Bundan sonra onlar zorlamanın baş verdiyi otağa qalxıblar.

Bütün ekipaj üzvlərinin məhkəmədə ifadə verə bilməsi üçün geri dönüş uçuşu ləğv edilib. “British Airways” işə kömək etmək üçün adaya vəkil göndərib və aviaşirkət də zərərçəkən stüardessaya dəstək təklif edib.

15.03.2023 23:35
show 9217