bayden

“Biz tezliklə İranı azad edəcəyik” - Bayden

“ABŞ tezliklə İranı azad edəcək”.

Qlobal.net xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Kaliforniyada çıxışı zamanı deyib.

“Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar özləri tezliklə özlərini azad edəcəklər”, - Bayden bildirib.

Bununla belə, Bayden bu açıqlaması ilə bağlı digər detalları açıqlamayıb və mövzunu dəyişib.

Xatırladaq ki, car ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Hazırda etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər. (qafqazinfo)

04.11.2022 11:09
show 322