aysun

Birisi gəlir, yoldadır həyəcanla - Aysundan QALMAQALLI PAYLAŞIM - VİDEO

Ayrılıq, boşanma xəbərləri ilə gündəmdən düşməyən Aysun İsmayılovanın daha bir paylaşımı gündəm olub.

Qlobal.net xəbər verir ki, müğənni bu dəfə “dünyam gözəlləşdi sən gedən andan” deyərək paylaşım edib.

Mahnılı paylaşımları ilə qarşı tərəfə "söz vurduğu" deyilən Aysun paylaşımı da söz-söhbət yaradıb. Bir neçə gün öncə “özledim”, “hardasan, ay sevgilim” deyən ifaçının yeni videosu izləyiciləri arasında çaşqınlıq yaradıb.

Qeyd edək ki, Aysun İsmayılova vəkil Ramil Vəliyevlə 2 ildir ki, evlidir və onların 1 qızı var. Bu yaxınlarda boşanmaq üçün hüquqi prosedurlara başladıqları deyilən cütlük arasında qalmaqal səngimir. Necə deyərlər, hər iki tərəf bir-birinə “soyuq müharibə” elan edib. (yenisabah.az)



12.02.2025 15:04
show 253