17-21 oktyabr tarixlərində Moskvada Birinci beynəlxalq "Avrasiya" kinofestivalı keçiriləcək.
Bu barədə 11 oktyabr tarixində
mətbuat konfransında kinofestivalın prezidenti məlumat verib.
"Avrasiya" festivalında Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan,
Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan,
Özbəkistan və digər ölkələrdən 250-dən çox kino sahəsinin mütəxəssisi iştirak
edəcək. Onların arasında rejissorlar, ssenaristlər, operatorlar, aktyorlar,
prodüserlər, jurnalistlər və videobloqerlər var.
Festivalın əsas məqsədi —
tamaşaçılarda öz ölkələrinin tarixi və ənənələrinə maraq oyatmaq, istedadlı
kinorejissorları üzə çıxarmaq və ən yaxşı filmləri dəstəkləməkdir.
İştirakçıları beş zəngin proqram
günü gözləyir ki, bu da filmlərin nümayişlərini, yaradıcılıq və işgüzar
görüşləri, ustad dərslərini, dəyirmi masaları və təhsil proqramlarını əhatə
edir. Festival qonaqları görkəmli sovet və rus aktyorları, eləcə də Avrasiya
ölkələrindən olan məşhur sənətçilərlə tanış olacaqlar.
"İstənilən festival —
insanın tanınması üçün bir platformadır. Bu, əsas məsələdir. Əgər sən
istedadlısan, bacarıqlısan və düzgün yolu seçmisənsə, onda daha da irəliləmək
üçün şans qazanırsan. Qrantlarla bağlı vəziyyət unikal bir təcrübədir, xüsusən
bizim ölkəmiz üçün. İstənilən şəxs müraciət edib maliyyə dəstəyi ala bilər.
Mənə görə, “Avrasiya” və “Avrasiya-Kinofest” layihələrinin əsas məqsədi — bizi
yenidən bir-birimizə maraqlı etməkdir. Biz artıq dörddə bir əsrdir ki, yeni bir
dünyada yaşayırıq. Yenidən bir-birimizi tanımağa ehtiyacımız var", — film
festivalının prezidenti vurğuladı.
Müsabiqə proqramında 50-dən çox
tammetrajlı və qısametrajlı bədii və sənədli filmlər təqdim olunacaq. Qaliblər
12 nominasiyada seçiləcək, mükafatlandırma mərasimi bağlanış mərasimində
keçiriləcək. Yeni rejissorlar, ssenaristlər, operatorlar və gənc kinobloqerlər
Avrasiya ölkələrinin yaxınlaşmasına və birliyinə həsr olunmuş filmlərin çəkilişləri
üçün qrant dəstəyi ala biləcəklər.
"Avrasiya"
kinofestivalının əsas məqsədi — yaradıcılıq komandalarının qarşılıqlı anlaşma
və hörmət əsasında ənənəvi dəyərlər platforması ətrafında birləşməsidir. AİB
"Avrasiya" Avrasiya xalqlarına xas olan ənənəvi və mənəvi dəyərlər
platformasının inkişafına önəm verir. Biz festivalda təqdim olunacaq filmlərdə
ailə və mənəvi inkişaf mövzularının qaldırılmasını istəyirik. Bizim çoxlu
aparıcı layihələrimiz var və istəyirik ki, sənədli və bədii filmlər vasitəsilə
öz fikirlərini ifadə etmək bizim üçün bir ənənəyə çevrilsin, kinofestivalımız
isə illik tədbir olsun", — deyə Alyona Arşinova bildirib.
Avrasiyada bir çox yaradıcı
komandalar, prodüserlər, ssenaristlər və rejissorlar mövcuddur ki, onlar
maraqlı formatlar yaradırlar, lakin az adam bundan xəbərdardır. AİB
"Avrasiya"nın məqsədi onları dəstəkləmək və yeni, qitə səviyyəsinə
çıxarmaqdır.
Tədbirdə iştirak etmək üçün 14
oktyabr tarixindən etibarən https://evrazia-kinofest.su saytında əvvəlcədən qeydiyyatdan keçərək pulsuz
iştirak etmək mümkündür.