MTV telekanalında yayımlanan "Solo star" verlişinin iştirakçılarından olan Gülnarə Kərimbəyova (Gülya Bakinskaya) təəccübləndirib.
Qlobal.net parol.az-a istinadla xəbər verir ki, o, özünün də qeyd etdiyi kimi bir zamanlar məşhur olan "7-17" mahnı müsabiqəsinin yetirmələrindən olub.
Lakin ulduzu parlamayan xanım ifaçı təxminən 30 il sonra yenidən məşhur olmaq üçün mahnı müsabiqəsinə qatılıb.
Onun "Ölənə yaxın da müsabiqədə iştirak edirəm" sözləri studiyadakıları təəccübləndirib.
Sözügedən videonu təqdim edirik: