682b7542dab62202505251530

Bir zamanlar çox tanınmış idi - Bu məşhurun oğludur

Mərhum sənətkar Səxavət Məmmədovun oğlunun yeni görüntüsü yayılıb.

Qlobal.net xəbər verir ki, onun hazırda ABŞ-də yaşayan oğlu Bəxtiyar xanımı və övladları ilə birgə kamera önünə keçib.

O, mərhum xanəndənin ilk evliyiondən olan övladlarından danışıb:

"Mənim atamın iki həyat yoldaşı olub. Onun ilk evliliyindən bacı və qardaşım var. Anam isə atamın ikinci həyat yoldaşıdır. Bu evlilikdən biz dünyaya gəlmişik, 3 qardaşıq. Bacımla elə yaxın münasibətim yoxdur. O, ailə qurdu Türkiyəyə köçdü, amma Şəhriyarla görüşürük. Bura isə yalnızca anam gəlib-gedir".

Qeyd edək ki, ABŞ-nin Merilənd ştatında yaşayan Bəxtiyar Məmmədov bir vaxtlar Aztv-də "Sehirli güzgü" və "Məktəblilərin Tusi klubu" verilişlərinin aparıcısı olub. O, Sevinc adlı qızla uşaq konsertlerində də səhnəyə aparıcı kimi çıxıblar.


(milli.az)
19.05.2025 22:10
show 20