İdman

Bir sözü ilə müharibəni dayandıran, milyonlarını kasıblara paylayan ulduz futbolçu

Didye Droqba Tebili 11 mart 1978-ci ildə Fil Dişi Sahili Respublikasınının Abidjan şəhərindən 20 kilometr məsafədə yerləşən kasıb kənddə dünyaya gəlib. O, yoxsul ailədə və çətinlik içərisində yaşayıb.

Qlobal.net xatırladır ki,Droqba 5 yaşında peşəkar futbolçu olan dayısı Mişel Qobanının yanına – Fransaya köçür. Lakin 3 il sonra Didye ailəsi üçün darıxdığına görə yenidən Abidjana geri dönür. Droqbanın doğma ölkəsində qalması uzun çəkmir. 1991-ci ildə ölkəsindəki iqtisadi böhran səbəbindən yenidən Fransaya qayıtmaq məcburiyyətində qalır.

15 yaşında futbolçu karyerasına başlayan Didye cavanlardan ibarət komandanın heyətində çıxış etməyə başlayır. O, əvvəlcə sağ cinah müdafiəçi mövqeyində oynasa da, daha sonra əmisinin məsləhəti ilə mərkəz hücumçusu kimi özünü sınayıb.

Drogba ile ilgili görsel sonucu

Didye Droqba futbolçu karyerasında Fransanın “Olimpik Marsel”, İngiltərənin “Çelsi”, Türkiyənin “Qalatasaray” kimi böyük klubların formasını geyinib.

Didye qazandığı pullarla tez-tez ölkəsindəki və bütün Afrikadakı xeyirxah təşkilatlara yardım etməsi ilə fərqlənib. Bununla əlaqədar İngiltərənin məşhur “The Daily Telegraph” qəzeti dərc edilən məqalələrin birində futbolçuya yer ayırıb. Qeyd edilib ki, Droqba ölkəsi üçün Fil Dişi Sahili dövlət başçısından belə çox işlər görüb.

2007-ci ilin yanvar ayında, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı futbolçunun etdiyi yardımlardan dolayı Didye Droqbaya mükafat verib.

Görsel sonucu

Məşhur futbolçu qələmə aldığı tərcümeyi-hal kitabının və “Didye Droqbanın Fövqəladə Taleyi” adlı DVD satışından əldə olunan bütün gəlirləri “The Didier Drogba Foundation” yardım təşkilatına bağışlayıb.

2009-ci ildə reklam müqaviləsindən qazandığı 3 milyon avroya doğulduğu Abidjanda xəstəxana tikdirib.

Drogba ile ilgili görsel sonucu

Didier Drogba 2007-ci ildə ölkəsində baş verən 5 ildir davam edən vətəndaş müharibəsinin bitməsinə kömək edir. Belə ki, Drogba həmin vaxt Kotdivuar və Madaqaskar arasında oynanılacaq oyunun üsyançıların qalası hesab olunan Bouakedə oynanılmasını istəyir və bu qəbul edilir. Didier Drogba Madaqaskara final qolunu vurur və sonra diz çökür, üsyançılardan silahlarını yerə atmağı xahiş edir. Nəticədə onlar bunu edirlər və 5 illik vətəndaş müharibəsi başa çatır.

Həyat yoldaşı Lalla ilə nikahdan İsak, İman və Kiran adında 3 uşağı olan Droqba, vətəndaş müharibəsi zamanı kimsəsiz qalan bir azyaşlını övladlığa götürüb. O, hələ də hər il xeyriyə məqsədi ilə minlərlə avro pul xərcləyir.

Related Articles

Bir cavab yazın

Back to top button