Qlobal.net kişilərin qadınları sevdiyini müəyyənləşdirməyin 5 yolunu araşdırıb.
1. Öpmək
Bir kişi sizə doğurdan da, aşiqdirsə, sizi tez-tez öpmək istəyəcəkdir. Münasibətdən əvvəl və ya sonra, yemək bişirərkən, çöldə gəzərkən hər an sizi öpmək üçün fürsət axtarırsa, bu sizi həqiqətən, sevdiyinin bir işarəsidir. Münasibətlərin əsas təməli uzun və gözəl bir öpüşməkdir. Öpüşmə sevgi hormonlarının daha çox ifrazına səbəb olur, bu da insan ömrünü uzadır. Gözəl və romantik öpüşmələr qadınla kişi arasında ciddi bir münasibətin qurulmasına səbəb olur, cütlükləri daha da yaxınlaşdırır. Münasibətinizin bitməsini istəmirsinizsə, aranızda öpüşməyə mütləq diqqət yetirin.
2. Yaxşı olmaq
Bir kişinin yola gəlməsi və həqiqi sevgiyə çatması üçün bir alt münasibətə ehtiyacı var. Həqiqətən, aşiq olduğunuz kişi keçmişdə etdiyi səhvləri təkrar edirsə, həyatının qadınını necə asan itirə biləcəyini başa düşür. Bir kişi hər zaman daha yaxşı bir insan olmağa çalışar. Səhvlərini bir-bir düzəltməyə cəhd edər. Kişi aşiq olduğu qadını daha çox xoşbəxt edə bilmək üçün özüylə hər zaman bir savaş halındadır.
3. Toxunmaq
Kişilər başqa bir qadına aşiq olduqdan sonra sizə qarşı təması ən aşağı səviyyəyə endirməyə çalışırlar. Hətta bəzən bir kişi başqa bir qadına aşiq olduğu zaman öz həyat yoldaşı ilə eyni stolda oturmaqdan belə çəkinər. Davamlı olaraq həyat yoldaşından uzaq durmağa çalışar. Araşdırmalar göstərir ki, bir kişi əgər sevirsə, heç vaxt həyat yoldaşının yanından ayırılmaz, onun yanında qalmağa çalışar.
4. Baxışlar
Sevən kişinin baxışları daha dərin və normaldan daha uzun olur. Sosial həyatda dialoqa girdiyimiz hər kəslə göz təması qurarıq. Amma bu baxışmalar ən çox bir-iki saniyə çəkər. Xoşu gəldiyi bir qadına baxan kişi hardasa 4-5 saniyə ona nəzər yetirər. Kişi bu baxışı ilə səndən xoşum gəlir və səndən gözümü çəkə bilmirəm, demək istəyir. Xoşu gələn bir kişinin baxışı normaldan daha uzun olduğu üçün çox zaman onlarla eyni ortamda olan insanlar bunu başa düşə bilir. Eyni zamanda sevən bir kişinin baxışları sadəcə gözlərə baxmaz, kişilər baxış əsnasında gözlərini bir və ya iki dəfə yavaşca aşağı endirərək qadının dodaqlarına baxar. Bu kişinin özündən asılı olan bir şey deyil. Sadəcə bu kişinin cinsi münasibət istəyindən irəli gəlir.
5. Ailə münasibətləri
Aşiq olan bir kişi sevdiyi qadının bütün sosial münasibətlərini bilmək istəyər. Çünki o sadəcə sevdiyi qadına diqqət yetirər və dünyada gedən heç bir şeyin fərqində olmaz. Bir kişi əgər sizi sevir və dəyər verirsə, münasibətinizin ilk iki ayında ailənizi tanımaq istəyəcəkdir.