Türkiyənin Elazığ bölgəsində bir evdə 6 nəfərin meyiti tapılıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgəyə çoxlu sayda polis və təcili yardım maşınları göndərilib.
Hadisə ilə bağlı təfərrüatlar ortaya çıxıb.
Məlumata görə, qətli törətdiyi iddia edilən Hüseyn F. bilinməyən səbəbdən evə daxil olaraq ailəsi ilə mübahisə edib.
Mübahisə zamanı Hüseyn F. özü ilə gətirdiyi ov tüfəngi ilə əvvəlcə atası Cuma Əlini, anası Zeynəbi, bacısı Rəmziyə və fiziki məhdudiyyətli iki qardaşı Yusif və Məsudu güllələyib. Sonra silahla başına vuraraq intihar edib.
Qeyd edək ki, qətli törədən Hüseyn F. məktəblərin birində müəllim işləyirmiş.
Faktla bağlı araşdırılma aparılır. (lent.az)