658d830918bc6202312231537
"Bir dəfə toyda ər-arvad mübahisə edirdi - Çağırdılar məni..."

Əməkdar artist Cavanşir Məmmədov mərhum Xalq artisti Səməd Səmədovun əlindən toy almasından danışıb. 

Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, müğənni "7 tamam" verilişində etdiyi hadisədən bəhs edib:

"Səmədlə mən çox toya gedirdim, arada aramıza da girirdilər. Bir dəfə toyda ər-arvad mübahisə edirdi. Çağırdılar məni, soruşdular ki, boş vaxtınız nə zamandır? Səməd Səmədova 500 manat beh veriblər. Dedim ki, Səməd neçəyə gəlir? Cavab verdilər ki, 4 min manata. Dedim, 3 min manat verin gəlim. Səmədin toyunu əlindən aldım. Səməd soruşanda ki, nə etmisən? Cavab verdim ki, tərzim budur. Toyda şou edirdim, Səməd etmirdi". 

28.12.2023 18:15
show 956