Braziliyalı kişi cinsiyyət orqanına döymə vurdurub və cinsi əlaqəyə girə bilməyib.
37 yaşlı Artur Ourso keçmiş model, DJ və bloggerdir. O, çoxlu sayda döymələri və davamlı olaraq bir neçə qadınla münasibətdə olması ilə tanınır. 2022-ci ildə rəsmi arvadı ona daha səkkiz qadınla evlənməyə icazə verib və o, Sao-Paulodakı Katolik Kilsəsindəki məşuqəsi ilə evlənib.
Oursonun bədəninin 70 faizi döymələrlə örtülüb. O, bu yaxınlarda penisinə döymə vurdurmaq qərarına gəlib və bunun üçün 8,8 min real ödəyib. Ancaq kifayət qədər ağrılı bir prosedurdan sonra onu sürpriz gözləyirdi: o, iki həftəlik sağalma dövründə cinsi əlaqə qabiliyyətini itirib.
Döymələr yara səthinin görünüşünü nəzərdə tutduğundan, hər hansı bir qıcıqlanma və ya bədən mayeləri infeksiyanın inkişafına təkan verə bilər.
Oursonun özünün hazırladığı penis döyməsi onun romantik sevgi ilə bağlı inancları ilə əlaqəli simvolu təsvir edir. Bu, "P" hərfi ilə kişi və qadın simvollarının birləşməsidir. Dizaynı dəriyə tətbiq etmək üçün Joao Pessoadan olan döymə ustasına cəmi 90 dəqiqə vaxt lazım olub.
“Lokal anesteziya prosedur zamanı ağrıları azaltsa da, sağalmaq çətin idi. Mən bunu bir cəsarət aktı kimi görürəm, çünki bu sahəni seçmək olduqca cəsarətli və əlbəttə ki, ağrılı idi”, Ourso deyib.
Ourso hazırda 27 yaşlı Luana Cazaqvi ilə evlidir. Həmçinin 21 yaşlı Emeli Souza, 24 yaşlı Valkirye Santos, 23 yaşlı Damiana və 28 yaşlı Amanda Albuquerque ilə münasibətdədir. (lent.az)