Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi
Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi
Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Qlobal.net xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndində baş verib.
Hadisə nəticəsində 2014 ci il təvəllüdlü Dəniz Hacızadə, 2018-ci il təvəllüdlü Yusif Hacızadə və 2013 – ci il təvəllüdlü Xəqani Hacızadə dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir. /APA