Kahramanmaraşdakı zəlzələrdən sonra İstanbulda binaların möhkəm tikilib-tikilmədiyi ilə bağlı məsələ daha çox müzakirə olunmağa başlanılıb.
Metbuat.az xəbər verir ki, NTV televiziyası İstanbulda binaların kefiyyəti ilə bağlı araşdırmalarla maraqlanıb. Kadıköy Bələdiyyəsinə aid binaların dayanıqlılıq laboratoriyasında bəzi tikililərdən götürülmüş nümunələrin betonunda muncuqlara, qəzet parçalarına və köpük parçalarına rast gəlinib. Mütəxəssislər texniki şərtlərə uyğun tikilidən binadan alınan nümunələrlə standarlara uyğun olmayan tikilmiş 35 illik binanın nümunələrini müqayisə ediblər.
Məlum olub ki, 35 illik binanın materialları çox keyfiyyətsizdir. Yeni tikilən binalar isə daha dayanıqlıdır. Lakin yeni binalarda da bəzi nöqsanlara rast gəlinib. Betonlarda boşluqlar aşkar edilib.