Şou-biznes
Bilal Əliyevin görün nə qədər pulu var – 100 il toya getməsəm…

Xalq artisti Bilal Əliyev efirdə açıqlaması ilə gündəm olub.
Qlobal.net xəbər verir ki, “Tarixin bir günü” verilişində qonaq olan müğənni var-dövləti ilə bağlı açıqlama verib.
“Yetərincə pulum var. Allah mənə 100 il ömür versə, özümü və ailəmi saxlayacaq qədər pulum var. Bir gündə təxminən 100-150 manat xərcləsəm, bəs edər. Mən elə-belə oxuyanam? Elə dostlarım var ki, cibimə paçka-paçka pul qoyur. Mən ulu öndərin qarşısında hər dəfə çıxış edəndə təzə ağ kostyum geyirdim. Həmin kostyumu bir dəfə geyinirdim. Bir dəfə Polad Bülbüloğlu mənə sual verdi ki, sən bu kostyumu necə təmiz saxlayırsan? Heç kimə hər dəfə yeni kostyum geyindiyimi demirdim.”
Посмотреть эту публикацию в Instagram



