Son günlər “TikTok”dakı canlı yayımlarla gündəm olan Xalq artisti Bilal Əliyev ünvanına yazılan tənqidlərə münasibət bildirib.
Bu barədə sənətçi OLAY-a açıqlamasında danışıb.
O, həm də sözügedən sosial şəbəkə platformasına üz tutma səbəbindən bəhs edib: “Həqiqəti bir insan deyirsə, düz yolda gedirsə, düz olmayan insanlar onu tənqid edəcəklər. Tənqid edir, qoy etsin, söyür, qoy, söysün. Təhqir edirsə, qanun qarşısında cavab verəcək. Tənqid edirsə, ya paxıldır, ya da səhvi deyir, biz özümüzü düzəldəcəyik.
Mənim TikTok-a gəlmə səbəbim odur ki... İnsanlar ədəbsiz danışırdılar, baqşa işlər görürdülər. Fikirləşdim ki, bizim kimi mədəniyyət işçiləri bu şəbəkələrin hamısında olmalı, sözümüzü deməliyik. Qoy, insanlar mədəniləşsin, haqqı-ədaləti, düzgünlüyü desinlər. Başqa adamlara təhqir yazmırlar? Mən də adi vətəndaşam, insanam”.