Bakıda çörəyin içindən "Karmen" MMC-nin adı olan kağız çıxıb.
Bu barədə Azərbaycan Dövlət Musiqili Dram Teatrın mətbuat katibi Fəridə
Rüstəmova məlumat verib. Dediyinə görə dünən Sabunçu rayonu, Maştağa
qəsəbəsi, Savalan massivindəki "Almarket"dən "Bakı çörəyi" alıb.
Yeyərkən içindən kağız parçası çıxıb.
Məlum olub ki, çörək bişirilərkən xəmirin içində “Karmen” MMC-yə məxsus kağız qalıb: “Vallah, tragikomediyadır. Xaricdə bəlkə də çörəyin içindən belə bir şey
çıxmış olsaydı, onu istehsal və istehlak edəndən təzminat davası
açılmışdı.
Hanı bizim qida təhlükəsizliyimiz? Bundan sonra belə məni öldürələr,
bir də bu çörəkdən almaram. Göz gördüyündən qorxur. Unu ələmək belə
çətin işdi? Bəlkə elə unun içində siçanın quyruğu var?”, deyə Fəridə
Aslanova qeyd edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur
Piriyev Bizim.Media-ya məsələnin araşdırılması üçün nəzarət bölməsinə
yönləndirildiyini bildirib.