63fce6632a6ad202302232035
Bəyin bütün keçmiş sevgililəri toyu basdılar, görün nələr oldu...

Çində evlənən bəyin bütün keçmiş sevgililəri birləşərək onun toyuna gəliblər. Keçmiş sevgililər "Atılmış qızlar klubu"nda tanış olub, intiqam almaq qərarına gəliblər.

Qlobal.net lent.az-a istinadən bildirir ki, "sevgili dəstəsi" bəyi təhdid edərək, toyda əməlli-başlı şou düzəldiblər.

Onlar plakat açaraq "Biz Çen Sunun keçmiş sevgililəri, qırılmış ürəklərimizə görə intiqam arzusundayıq. Bu gün sizi məhv edəcəyik" deyə şüar səslənidirblər. Aydın məsələdir ki, gəlinin  narazı valideynləri vəziyyətə laqeyd qalmayıb, məclisi tərk ediblər.

Bəyin boşanıb - boşanmayacağı məlum deyil, lakin eks-sevgililərin öz istəklərinə çatdığı aydındır.

27.02.2023 21:20
show 2670