66010ae103e33202403242553
Bəy son anda toyu ləğv etdi - ŞOK SƏBƏB

Hindistanın Madhya-Pradeş ştatında bəy ona motosiklet və qızıl zəncir hədiyyə alınmadığı üçün toyunu ləğv edib.

Qlobal.net lent.az-a istinadən bildirir ki, bəy və gəlinin ailələri şadlıq sarayına toplaşan zaman mübahisə düşüb. Bəyin qohumları dərhal gəlinin qohumlarından vəd edilmiş cehizi tələb ediblər: motosiklet və bəyin xəyal etdiyi qızıl zəncir. Cavab veriblər ki, ala bilməyəcəklər.

Sözlü mübahisə başlayıb və az qala davaya çevrilsin. Bəy gəlinin atasının yaxasından tuta bilsə də, sonda toyun ləğv olunduğunu elan etməklə kifayətlənib. Bundan sonra o, qohumları ilə şadlıq sarayını tərk edib.

25.03.2024 09:25
881