Qlobal.net Bəxtiyar Vahabzadə ilə bağlı əhvalatı təqdim edir:
İşdən çıxarıldıqdan sonra Bəxtiyar Vahabzadə bir müddət maddi ehtiyac içində yaşayır, sıxıntılarla üzləşir. Günlərin birində şairin evinin qapısı döyülür. Qapını açan Bəxtiyar Vahabzadə qarşısında içi ərzaqla dolu bağlama görür. Bu hadisə tez-tez təkrarlanır. Kimsə şairin qapısının qarşısına ərzaqla dolu bağlama qoyub gedir...Bir gün qonşular onun evinin qarşısında Xəlil Rza Ulutürkü bağlama qoyub gedən görürlər...
Amma Ulutürk bunu ömrünün sonuna kimi boynuna almır....
Murad
Qlobal.net