Suriyada müxalifət qrupları 61 illik Baas rejimini heç bir qarşıdurma olmadan cəmi 12 gün ərzində devirib və Bəşər Əsəd ölkəsini tərk edərək Rusiyaya sığınıb.
Əsədin ölkəsini tərk etməsinin əks-sədası davam edərkən, rejimin xüsusi təhlükəsizlik müşaviri Əli Məmlükün qayıqla Suriyadan qaçmasının görüntüləri ortaya çıxıb.
Videoda ətrafdakıların köməkliyi ilə Məmlükün qayığa mindirildiyi və suda hərəkət etdiyi anlar əks olunub. Suriyada baş verən vətəndaş müharibəsi və zülm səbəbiylə milyonlarla insanın ölkəni tərk etməsinə səbəb olan adlar arasında olan Məmlük görüntüləri “Taleyə bax” deməyə vadar edir.
Həmin anları təqdim edirik: