Bərdə rayonunun Kətəlparaq kəndində 15 yaşlı qızın bir neçə şəxsin
seksual xarakterli zorakılığına məruz qalması ilə bağlı yaranmış
gərginlik davam edir.
Qlobal.net musavat.com-a istinadən xəbər verir ki, bir
neçə gün əvvəl yeniyetmə qıza təcavüz etdiyi bildirilən şəxslərdən
birinin ailəsi qızın nənə-babasına hücum edib.
Zərərçəkmiş qızın babası Seyfi İbrahimov aldığı xəsarətləri
göstərərək bildirib ki, bu çirkin əməldə günahlandırılan şəxslər onun
gəlininin qohumlarıdır: “Oğlum Eldar vəfat edəndən sonra onun 3 qızını saxlamışıq, onlar mənə
oğlumun əmanətidir. 4-5 müəllim yanına gedir, çox yaxşı oxuyur, 9-cu
sinfi bitirəndə 116 bal toplayıb. Xahiş edirəm, bu hadisəyə qanuni
şəkildə baxılsın, onlar cəzalarını alsınlar”.
Zərərçəkmiş qızın nənəsi isə bildirib ki, hadisəyə görə bütün kənd ayağa qalxıb: “Uşağı ona görə böyütməmişik ki, səviyyəsiz alçaqlar belə etsin.
Bizim uşağımız küçə uşağı olmayıb, nəzarətsiz olmayıb ki... Necə olub
ki, uşağı bu vəziyyətə çatdırıblar?!”
Qeyd edək ki, 15 yaşlı qızın seksual xarakterli zorakılığa məruz qalması və videosunun çəkilərək yayılması o, hazırlığa getdiyi müddət baş verib. Qıza qarşı zorakılıq edib video çəkdiyi və videonu yaydığı bildirilən 4 nəfərdən 3-ü həbs edilib. Daha bir şəxs isə 18 yaşına çatmadığına görə ailəsinin nəzarətinə verilib.