Bərdədə sevgilisi hamilə qadını öldürüb.
Qlobal.net xəbər verir ki, hadisə rayonun Üzeyir Hacıbəyov küçəsində yerləşən kafedə baş verib.
Rayon sakini Günay Ələkbərova çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Şübhəli bilinən Şirxan İmanov isə tutularaq istintaqa cəlb olunub.
Mərhumun anası Ş.İmanovun onun qızını əsarət altında saxladığını iddia edib: “8 aylıq hamilə idi. 10 ay idi birlikdə yaşayırdılar. Qızımın başına tapança dirəyirmiş”.