Bəlkə bir gün qonaq gedək, bu dünyadan o dünyaya - Cavanşir Quliyevin şeiri
Qlobal.net Cavanşir Quliyevin maraqlı şeirlərindən birini təqdim edir:
Gəl qoşulaq çıxaq gedək
Buralardan uzaq gedək
Bəlkə bir gün qonaq gedək
Bu dünyadan o dünyaya
Qəribsəmə bu sözümü
İnsanların var dözümü
İstəsən apar özümü
Bu dünyadan o dünyaya
Səbirlə davran hər zaman
Zalıma heç vermə aman
Köçüb gedər yaxşı, yaman
Bu dünyadan o dünyaya
Kəlimə şəhadətimiz var
Gözəldi adətimiz var
Gedənə rəhmətimiz var
Bu dünyadan o dünyaya
Baxma ki möcüzəliyəm
Həyatda qəm qüssəliyəm
Nə vaxtsa mən getməliyəm
Bu dünyadan o dünyaya
Ömür yolu bir qatardı
Tale özü bir yazardı
Şəhidləri tez apardı
Bu dünyadan o dünyaya
Təblə gələn Cavanşirdi
Sevdiklərin tez itirdi
Yazdım gör neçə sətridi
Bu dünyadan o dünyaya
Qlobal.net