681f10b82b698202505253920

Belə hörmətin varsa, get altlndakını dəyiş - Afətdən Mübarizə ŞOK SÖZLƏR

Müğənni Afət Fərmanqızı ilə Aşıq Mübariz arasında qalmaqal böyüyüb. 


Qlobal.net xəbər verir ki, A. Fərmanqızı sosial şəbəkədə canlı yayım açaraq aşığı yalançı adlandırıb: "“Aşıq Mübariz verilişlərin birində danışır ki, xanım sənətçi “Qalenvagen” almaq üçün guya onunla avto-salona gedir, 50 min manat pulu çatmır. Salonun sahibi olan dostları deyirlər ki, “Mübarizə xatir 50 min manatı götürmürük, 5-6 aya gətirərsən”. Ad çəkmədən danışır, amma hamı məni işarələyir ki, “Afət xanım, səni deyirlər”. Allah haqqı yalandan deyir. İndi də deyir ki, səni demirəm ki. Heç başqası ilə də olmayıb. Sən kimsən ki, səni özü ilə salona aparsın ki, gedək mənə zamin dur. Sənin hörmərin varsa, get altındakı maşını dəyişdir, cındır gündədir. Hələ, hələ qalmışdı mənimçün. Gör nə günə qalmışam ay Allah.


Qeyd edək ki, A.Fərmanqızı əvvəki açıqlamasında bildirib ki, Mübariz deyir ki, xanım sənətçi efirlərin birinə çıxır, maşının ona hədiyyə olunduğunu deyir, bir qoluna Manaf Ağayev girir, gözünü bağlayırlar: "Manafla danışıram. Bu məsələ Tolikin verilişində olub, Manaf məndən başqa heç kimin qoluna girməyib, kiminsə də gözünü bağlayıb gətirməyiblər.


Biz aydınlıq verdik ki, şou yaradılmışdı, maşını mənə heç kim hədiyyə etməyib. Əlli dəfə dedim ki, maşını mənə heç kim hədiyyə etməyib, özüm almışam, şou idi".

10.05.2025 12:40
show 19