Həyat bəzən gözlənilməz çətinliklərlə, sınaqlarla və bəlalarla dolu ola bilər.
Qlobal.net bildirir ki, insan hər nə qədər tədbir görsə də, bəzən bu tədbirlər kifayət etməz və bir çıxış yolu axtarar. Belə hallarda dua, insanın həm mənəvi sakitlik tapması, həm də qorunma diləməsi üçün ən təsirli vasitələrdən biridir. Allah Təala, səmimi bir qəlblə Ona sığınan və yardım istəyən qullarını heç vaxt geri çevirməz.
Aşağıda bütün bəlalardan uzaq olmaq və qorunmaq üçün oxuna bilən təsirli duanı təqdim edirik:
Həzrəti Peyğəmbər (s) buyurmuşdur: Gecə bu iki ayəni oxuyan şəxsi Allah Təala sabahkı gecəyə qədər qoruyar:
Oxunuşu: Bismillahir-rəhmanir rəhim. Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la təxuzuhu sinətun və la nəvm, ləhu ma fis-səmavati və ma fil-ərz, mən zəl-ləzi yəşfəu indəhu illa bi-iznihi,y ələmu ma bəynə əydihim və ma xəlfəhum və la yuhitunə bişəyin min ilmihi illa bima şa-ə,vəsiə kursiyyuhus-səmavati vəl-ərz və la yəuduhu hifzuhuma və huvəl-Əliyyul-Əzim. La ikrahə fid-din, qəd təbəyyənər-ruşdu minəlğəyy, fəmən yəkfur bit-tağuti və yumin billahi fəqədistəmsəkə bil-urvətil-vusqa, lən-fisamə ləha, vəllahu Səmiun Əlim. Əllahu vəliyyul-ləzinə amənu yuxricuhum minəz-zulumati ilən-nur, vəlləzinə kəfəru əvliyauhumut-tağutu yuxricunəhum minən-nuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiha xalidun.
Tərcüməsi: Bağışlayan və mehriban Allahın adı ilə. Allahdan başqa heç bir Tanrı yoxdur (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan). Əbədi, əzəli varlıq Odur. O, nə mürgü ,nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (Qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən, özünün istədiyindən başqa, heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi,qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyil. Ən uca, ən böyük varlıq da Odur. Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfr) ayırd edildi. Hər kəs tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstək) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir. Allah (Ona)iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb, işığa tərəf yönəldər. Kafirlərin dostu isə tağutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb, zülmətə salar. Onlar Cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.
Fatimə
Qlobal.net