65e6de97a6baa202403245759
Bəhram Bağırzadə Xoşqədəmi, Elgizi belə ƏLƏ SALDI - VİDEO

Əməkdar artist, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun ən məşhur iştirakçısı, aktyor Bəhram Bağırzadə son paylaşımı ilə gündəmə gəlib.

Qlobal.net xəbər verir ki, yerli telekanallarda yayımlanan müxtəlif sosial verilişlərdən fraqmentləri toplayan aktyor bu səhnələrdən video-çarx hazırlayıb.

Proqramlarda yayımlanan qışqır-bağır görüntülərinə heç bir şərh verməyən sənətçi sözügedən kadrlara təəccüblə baxmaqla kifayətlənib.

Onun bu görüntüləri pərəstişkarlarının marağına səbəb olub. Bağırzadənin bir kəlmə belə demədən sosial verilişləri tənqid edə bilməsi alqışlanıb.

Qeyd edək ki, video-çarx Xoşqədəm Hidayətqızının, Elgiz Əkbərin və Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişindən fraqmentlər yer alıb.

 

05.03.2024 12:57
show 318