64933610ee23a202306234032
Bəhram Bağırzadə qaydaları belə pozdu - VİDEO

Bir neçə gün əvvəl toy məclisində fit çalması ilə müzakirələrə səbəb olan Əməkdar artist Bəhram Bağırzadə ilə bağlı növbəti video yayılıb.

Qlobal.net xəbər verir ki, aktyor şəhərin mərkəzi küçələrinin birində - yolun hərəkət hissəsində 20 dəqiqə avtomobilini saxlayaraq başqa insanlarla söhbətləşib.

Bəhram Bağırzadənin geyimindən görüntülərin bir müddət əvvəl çəkilməsini güman etmək olar.

Videonu çəkən şəxs onun “urbanizasiya” çıxışını xatırladaraq qayda pozmasına irad tutub.

Xatırladaq ki, aktyor regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham etməsi ilə gündəm yaratmışdı. Onun bu fikri birmənalı qarşılanmamışdı.

Bəhram Bağırzadənin "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar” sözləri müzakirələrə səbəb olmuşdu. (yenisabah)

21.06.2023 21:40
show 496