66634f08b6c82202406241848
Bəhram Bağırzadə bu paylaşımına görə tənqid edildi : "Sil" dedilər, amma... - VİDEO

Əməkdar artist Bəhram Bağırzadə yayımladığı videoya görə tənqid edilib. 

Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, aktyor şəhərdə skuter sürən oğlanla qızın videosunu çəkib. Həmin videonu instaqramda yerləşdirən Bağırzadə qınanılıb. 

Sosial şəbəkə istifadəçiləri görüntünün silinməsini istəyiblər. Bir çoxları isə bunun nə səbəbə çəkilib yayımlandığı ilə bağlı sual ünvanlayıb. 

Skuteri sürən şəxs isə aktyora "Video nə səbəbə çəkilib bilmirəm, amma silinsə yaxşıdır. Videodakı oğlan mən və yoldaşımdır" deyə, şərh yazıb. Bağırzadə isə buna məhəl qoymadan videonu silməyib.  


07.06.2024 22:17
show 214