Bədənini yığdırmaq üçün 19 min manat xərcləyən qadın GÖRÜN KİM İMİŞ
“İnsan Barbie” ləqəbli 47 yaşlı Marcela Iglesias adlı qadın üzünə və bədəninə dolğu maddələri əvəzinə başqalarının yağını köçürtdüyünü bildirib. Bu prosedura görə Iglesias 9 min funt sterlinq (19 min manat) xərcləyib.
Qlobal.net xəbər verir ki, 47 yaşlı Marcela Iglesias gənc qalmaq üçün üzünə və bədəninə başqalarının yağını köçürtdüyünü açıqlayıb. Los-Ancelesdə yaşayan və 1,2 milyon izləyicisi olan Marcela “Bu metod daha təbii və effektivdir. İnsanlar dolğulardan bezib, çünki onlar heç nəyi geri qaytarmır. Bu, gözəlliyin gələcəyidir” – deyə bildirib.
O, illər ərzində kosmetik prosedurlara 89.000 funt sterlinqdən çox pul xərcləyib. Üzünə, əllərinə və ayaqlarına yağ inyeksiyaları etdirən Marcela hər 1,5 ml yağ üçün təxminən 840 funt sterlinq ödəyib və bir seansda adətən 3 ml tətbiq edildiyini bildirib.
Səbinə
Qlobal.net