Bədənin ən çirkli yeri - Nə qədər duş qəbul etsəniz də, faydası yoxdur
Bədəndə yığılan çirk, hətta çimərkən belə ciddi xəstəliklərə səbəb olur.
Elmi
araşdırmalar nəticəsində insan bədəninin ən kirli yerinin göbək olduğu
məlum olub. Belə ki, bütün kirlərin yığıldığı bu nöqtə duş qəbul edəndən
sonra da təmizlənmir. Onun təmizlənməsi üçün xüsusi baxıma ehtiyac var. Göbək deşiyi belə təmizlənməlidir: Göbək
bədəndə bütün bakteriyaların toplanması üçün uyğun bir bölgədir. Bunun
səbəb ola biləcəyi fəsadların aradan qaldırılması üçün bir sıra
vasitələr laızmdır. Duş qəbul edərkən bir
stəkan suya bir xörək qaşığı duz töküb qarışdırın. Sonra bu suyu
göbəyinizə vurun. Həmin hissəni pambıq çubuqla təmizləyin. Pambıq çubuqdan ehtiyatla, yumşaq şəkildə istifadə etmək tövsiyə olunur. (bakupost)