23.09.2021
21:52
119

BDU-nun köhnə yataqxanaları bu il yenilənəcək? - Universitetdən açıqlama

Loading...

Bakı Dövlət Universitetindən tələbələr üçün yeni yataqxana binalarının nə zaman tikiləcəyi məsələsinə aydınlıq gətirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva məlumat verib. 

O bildirib ki, hazırda bu istiqamətdə iş aparılır: 

"Bildiyiniz kimi, Bakı Dövlət Universitetinin müasir standartlara cavab verən, yeni "Tələbə evi" inşa edilib.

“Tələbə evi”ndə müasir standartlara cavab verən şərait yaradılıb, otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub BDU-nun digər yataqxanaları hazırda istafadəyə yarasız vəziyyətdədir. Yeni yataqxana binalarının tikintisi ilə bağlı müzakirələr aparılır, bir sözlə üzərində iş gedir".

Loading...