652935639fbb3202310231739
BBC-nin müxbiri Qəzzada baş verənlərə görə diz çöküb ağladı - FOTO

Qəzzadakı xəstəxanadan reportaj hazırlayan BBC müxbiri diz çökərək göz yaşı töküb.

Milli.Az bildirir ki, Əl-Şifa hospitalından videoreportaj hazırlayan Adnan El-Bursh emosional şəkildə əvvəlcə eynəyini çıxarıb, sonra da diz çəkərək hönkürməyə başlayıb.

O, bu anların dəhşətli olduğunu bildirib və ölənlər arasında dostları, qohumları olduğunu bildirib.

"Bu gün ömrümün ən çətin gününü yaşayıram. Heç vaxt görmədiyim şeyləri görürəm, çox çətindir. Burada mənim qonşularım, dostlarım var", - o söyləyib.

Xatırladaq ki, Həmas-ın silahlı qanadı "İzzəddin əl-Kassam" briqadasının komandanı Məhəmməd əd-Dayf İsrailə qarşı "Əksa tufanı" əməliyyatının başladığını və əməliyyat çərçivəsində yəhudi dövlətinin ərazisinə 5 min raket atıldığını elan edib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı "Dəmir qılınclar" əməliyyatına başladığını açıqlayıb.

13.10.2023 16:17
show 527