Rusiyada keçirilən Dünya Çempionatının açılış mərasimində İker Kasilyas ilə birlikdə kuboku meydana gətirən model Natalya Vodianovanın həyat hekayəsi təəccübləndirir.
Nijni Novqorod şəhərində doğulan model həmin şəhərdə bazarda satıcı işləyərkən, 15 yaşında "kəşf edilib". Supernova adı ilə tanınan Natalya hazırda dünyanın ən çox pul qazanan modellərindən biridir. O, iki dəfə ərdə olub. Onun 5 övladı var.
O, hazırda əri ilə birlikdə Parisdə yaşayır.
Qeyd edək ki, Natalyanın 36 yaşı var. (milli.az)