Bayraq Meydanında BİABIRÇILIQ: Bayraq cırıldı, aidiyyəti qurumlar isə… – VİDEO

Bayraq Meydanında BİABIRÇILIQ: Bayraq cırıldı, aidiyyəti qurumlar isə… – VİDEO

Bakının simvollarından biri olan Bayraq Meydanında Azərbaycanın üçrəngli dövlət bayrağı küləyin gücünə tab gətirməyərək cırılıb.
Sözügedən vəziyyət sosial şəbəkələrdə viral olub.
Maraqlıdır ki, hadisənin saatlardır baş verməsinə baxmayaraq, məsul qurumlar hələ də heç bir tədbir görməyib. Bayrağın cırıq halda dalğalanması isə həm vizual olaraq xoşagəlməz mənzərə yaradır, həm də dövlət rəmzlərinə olan münasibət baxımından ciddi suallar doğurur.
Sosial şəbəkə istifadəçiləri isə məsuliyyətli orqanların – Bulvar İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumların biganəliyini tənqid edərək, bayrağın dərhal dəyişdirilməsini tələb edirlər.
Qeyd edək ki, Bayraq Meydanı Azərbaycanın müstəqillik simvollarından biri hesab olunur və burada dalğalanan bayraq dünyanın ən böyük bayraqlarından biridir. Belə bir vacib rəmzin bu vəziyyətdə saxlanılması məsuliyyətli qurumlar üçün utancverici hal kimi qiymətləndirilir.
Aidiyyəti orqanlardan məsələyə hələ ki reaksiya verilməyib. (Yenicag.az)

7267efca f8ea 44af 950c 78f5d693b7a1 Bayraq Meydanında BİABIRÇILIQ: Bayraq cırıldı, aidiyyəti qurumlar isə... - VİDEO

42bdb27a 2513 40d5 aba0 e372134363cd Bayraq Meydanında BİABIRÇILIQ: Bayraq cırıldı, aidiyyəti qurumlar isə... - VİDEO

 bayraq meydaninda biabirciliq bayraq cirildi aidiyyeti qurumlar ise video fotolar;hBayraq%20Meydan%u0131nda%20B%u0130ABIR%C7ILIQ%3A%20Bayraq%20c%u0131r%u0131ld%u0131%2C%20aidiyy%u0259ti%20qurumlar%20is%u0259...%20%u2014%20V%u0130DEO%20%28FOTOLAR%29;0 Bayraq Meydanında BİABIRÇILIQ: Bayraq cırıldı, aidiyyəti qurumlar isə... - VİDEO

Related Articles

Bir cavab yazın

Back to top button