Bayramdan sonra iş günü ayın neçəsi başlayacaq?

Bayramdan sonra iş günü ayın neçəsi başlayacaq?

Qarşıdan Yeni il gəlir.

Qlobal.net bildirir ki, Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri də artıq müəyyənləşib. İnsanları ən çox maraqlandıran suallardan biri də bayramdan sonra iş gününün hansı tarixdə başlamasıdır.

Nazirlər Kabinetinin Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib. 28 və 29 dekabr tarixləri şənbə və bazar günü olsa da, iş günü hesab ediləcək. 30, 31 dekabr, 1,2,3 yanvar tarixləri bayran günləri hesab ediləcək. 4 və 5 yanvar tarixləri şənbə və bazar günləri olduğu üçün Yeni il bayramında 7 gün iş olmayacaq. Beləliklə yeni iş günü 6 yanvardan etibarən başlayacaq.

Fidan
Qlobal.net
27.12.2024 09:22
show 48