651db2c4b5ea9202310234524
Bayram Nurluya oxşadılan XANIM MÜĞƏNNİ: Estetik prosedurlar sənətçini tanınmaz hala saldı - FOTO

Müğənni Xatirə İslamın paylaşımı sosail şəbəkə izləyiciləri tərəfindən müzakirələrə səbəb olub.

Qlobal.net xəbər verir ki, sənətçi estetik əməliyyatdan sonra çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb.

Onun yeni görünüşdə olan fotoları birmənalı qarşılanmayıb. İzləyicilər Xatirənin estetik prosedurlar nəticəsində tanınmaz hala düşdüyünü yazıblar:

“Adı yazılmasa, tanımaq olmur, adına baxandan sonra bildim ki, kimdir. Əvvəllər Xatirə çox gözəl idi, heyf. Sonuncu estetik prosedurunuz çox uğursuz olub. İndiyə kimi etdikləriniz normal idi. Bu is heç yaxşı deyil”.

Əksər izləyicilər onu Bayram Nurluya oxşadıblar. Bəzi izləyicilər isə əksinə, Xatirənin görünüşünə tərif yağdırıblar.

Fotoları təqdim edirik:



(new24.az)

04.10.2023 22:43
1263