Bayram Nurlu: “Doğmalarım ölsəydi, bu qədər ağlamazdım” - VİDEO
"İnstagram" fenomeni, özünü ekstrasens kimi təqdim edən Bayram Nurlu millət vəkili Qənirə Paşayevanın ölümündən danışıb.
Kədərli xəbərin çıxmmasından
sonra paylaşım edən Bayram hər kəsin gözü önündə hönkür-hönkür ağlayıb:
"Heç
vaxt inanmazdım ki, mən hansısa bir millət vəkili üçün bu qədər
ağlayacam. Xəbəri eşidəndən bəri o qədər pisəm ki, bəlkə, bəzi
doğmalarım ölsəydi, bu qədər ağlamazdım. Bir belə sözünü deyən,
insanların qəlbində yer tapan millət vəkili gəlməyəcək. O qədər pis
olmuşam, sanki öz doğmamı itirmişəm. Evdəkilər də deyir ki, niyə bu
qədər ağlayırsan? Mən Qənirə xanımı millət vəkili, bir insan olaraq o
qədər çox istəyirdim ki... Dua edirdim ki, sağalsın, ona qarşı o qədər
istəyim vardı".
Bayram Nurlunun bu paylaşımını izləyicilər birmənalı
qarşılamayıb. Bəziləri onu bu addımına görə tənqid edib, digərləri isə
onu şou göstərməkdə ittihamlayıb.
Qeyd edək ki, naməlum mənşəli
hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayeva Mərkəzi Klinik
Xəstəxanasında 23 sentyabrda yerləşdirilmişdi, ötən gün dünyasını
dəyişib.