14.07.2021
13:00
100

Bayram günlərində metro və avtobuslar işləməyəcək

Loading...

Nazirlər Kabineti ictimai nəqliyyatın fəaliyyətinə dair qərar qəbul edib.

Oxu.Az-ın məlumatına görə, qurum “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edib.

Məlumatda bildirilib ki, 17 iyul tarixinin iş günü olduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən həmin tarixdə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilib.

Dəyişikliyə əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Loading...