PUA

"Bayraktar" və "Akıncı" İran PUA-larını vura biləcək raketlərlə təchiz ediləcək

“Bayraktar TB2” və “Akıncı” zərbə PUA-ları İran istehsalı “Shahed” kamikadze-dronları ilə mübarizə üçün “hava-hava” raketləri ilə təchiz edilməsi planlaşdırılır.

Qlobal.net “report”a istinadən xəbər verir ki, bu barədə “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar “Doyçe Presse-Agentur”a (dpa) şərhində bildirib.

Onun sözlərinə görə, hazırda şirkət bunu sınaqdan keçirir.

Qeyd edək ki, bu həftə İstanbulda keçirilən “SAHA Expo” sərgisi zamanı “Baykar” Türkiyənin raket şirkəti “Roketsan” ilə pilotsuz təyyarələrdə “Sungur” raketlərindən istifadə etmək üçün razılaşma imzalayıb.

“Roketsan”ın baş direktoru Murat İkinci bildirib ki, bu, “oyunu dəyişdirən” ola biləcək özünü təsdiqləmiş bir döyüş sursatıdır.

Xatırladaq ki, hələ iyul ayında KİV-də İranın Rusiyaya “Şahid” pilotsuz uçuş aparatlarını satdığına dair məlumat yayılmışdı.

Avqustda ABŞ-ın “The Washington Post” nəşri İran istehsalı “Mühacir-6” və “Şahid” PUA-larının ilk partiyasının Rusiyaya çatdırıldığını bildirmişdi.

Sentyabrın 13-də Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi İran istehsalı olan ilk PUA-nın zərərsizləşdirildiyini açıqlamışdı.

30.10.2022 20:20
show 507