bayrakdar

Bayraktar qardaşları ““Dünyanın ən zəngin adamları” siyahısında

“Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar və “Baykar Savunma” şirkətinin baş direktoru Haluk Bayraktar “Forbes”in yayımladığı “Dünyanın ən zəngin adamları” siyahısında ilk “20-lik”də yer alıblar.

Qlobal.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Selçuk Bayraktar 1,2 milyard dollar, Haluk Bayraktar isə 1,1 milyard dollar sərvətlə bu siyahıya daxil olub.

S. Bayraktar şirkətdəki 52,5 faiz payı sayəsində şəxsi sərvətini 1,8 milyard dollara artırıb. Bu rəqəmlə Türkiyənin 15-ci ən varlı adamı olub.

Şirkət səhmlərinin 47,5 faizinə sahib olan Haluk Bayraktar isə 1,6 milyard dollar sərvəti ilə 19-cu sırada qərarlaşıb.

15.02.2025 09:02
show 440