65f3cf0a2d19b202403243106
“Bayer 04”dən “Qarabağ”la bağlı qürurverici PAYLAŞIM - FOTO

Almaniyanın "Bayer 04" futbol klubu "Qarabağ"la oyundan sonra Ağdam təmsilçisi barədə paylaşım edib.

Qlobal.net baku.ws-ə istinadən xəbər verir ki, paylaşımda "Qarabağ"ın çətin rəqib olması öz əksini tapıb:

"Komandanıza böyük hörmət bəsləyirik! Bizə 4 əla oyun yaşatdınız, amma xahiş edirik, bunu bir daha etməyin!".

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununda "Bayer 04"ə yenilib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2.

15.03.2024 08:29
show 2855